Bank Of Baku

Oktyabrın 28-də borclu abonentlərin işığı kəsiləcək

Oktyabrın 28-də borclu abonentlərin işığı kəsiləcək
# 26 oktyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC oktyabrın 28-i saat 15:00-dan etibarən elektrik enerjisinə görə yaranmış borclarını ödəməyən abonentlərin enerji təchizatını qeyd-şərtsiz dayandıracaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyəti xəbərdarlıq edib ki, borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin «Bakıelektrikşəbəkə»nin internet saytı (www.bes.az) vasitəsilə on-line rejimdə həyata keçirilir.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR