Bank Of Baku

Azərbaycanda maşın və avadanlıq istehsalı müəssisələrində istehsalın həcmi 30% azalıb

Azərbaycanda maşın və avadanlıq istehsalı müəssisələrində istehsalın həcmi 30% azalıb
# 26 oktyabr 2009 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların istehsalı müəssisələrində istehsalın səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,8%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı 15,5% azalıb, nəqliyyat vasitələri və avadanlıqların istehsalı isə 9,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il oktyabrın 1-i vəziyyətinə müəssisələrin anbarlarında 44,2 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 19,4%-i qədər hazır məhsul ehtiyatı olub.

Qeyd edək ki, 2009-cu ilin yanvar-avqust aylarında maşınqayırma sahələrində ümumilikdə 17 886 nəfər işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR