Bank Of Baku

Azərbaycan Yunanıstana ildə 1 mlrd. kubmetr qaz sata bilər

Azərbaycan Yunanıstana ildə 1 mlrd. kubmetr qaz sata bilər
# 26 oktyabr 2009 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Yunanıstanın xarici işlər nazirinin müavini, Azərbaycan-Yunanıstan iqtisadi, sənaye və texnoloji əməkdaşlığa dair hökumətlərarası komissiyasının həmsədri Spirdon Kuvelislə görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında energetika və sənaye sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

N.Əliyev bildirib ki, Yunanıstan Azərbaycan qazının birbaşa ixrac olunduğu ilk Avropa İttifaqı üzvüdür. Nazir «Şahdəniz» qaz yatağının istismarının ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının Yunanıstana nəql edilməsinin perspektivlərinə də toxunaraq bildirib ki, Azərbaycan Yunanıstana ildə təxminən 1 mlrd. kubmetr qaz satmaq potensialına malikdir.

S.Kuvelis isə bildirib ki, Yunanıstan «Şahdəniz» layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının idxalında maraqlıdır.

Görüşdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanları, həmçinin hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb. Bildirilib ki, növbəti iclas 2010-cu ilin birinci rübü ərzində keçirilə bilər. Bu məqsədlə müvafiq təkliflərə baxılması və hazırlıq işlərinin aparılması üçün fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR