Bank Of Baku

Bakıda Xəzər Neft-Qaz Birjasının təqdimatı keçirilib

Bakıda Xəzər Neft-Qaz Birjasının təqdimatı keçirilib
# 26 oktyabr 2009 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşəbbüsü ilə yaradılan Xəzər Neft-Qaz Birjasının (Caspian Oil and Gas Exchange) rəsmi təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən CEIBC-nin rəhbəri Telman Əliyev bildirib ki, Xəzər Neft-Qaz Birjası interaktiv portal şəklində fəaliyyət göstərəcək və neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər www.oil-exchange.com saytında qeydiyyatdan keçərək özləri haqda ətraflı məlumat, həmçinin digər şirkətlərlə neft-qaz avadanlıqları, xidmətlər və məhsullar barədə informasiya mübadiləsi apara biləcək. «Hazırda interaktiv portal test şəklində işləyir, yəni şirkətlər artıq qeydiyyatdan keçib özləri barədə məlumatları yerləşdirə bilər. Portal tam fəaliyyətə isə noyabr ayının əvvəlindən başlayacaq», - deyə T.Əliyev bildirib.

T.Əliyev onu da qeyd edib ki, yeni layihədə neft-qaz sahəsində işləyən şirkətlərlə yanaşı, bu sahəyə maraq göstərən digər sektorlarda fəaliyyət göstərən təşkilatlar da iştirak edə bilər.

Bundan başqa, T.Əliyev bildirib ki, cari ilin oktyabr ayında analoji təqdimat Qazaxıstanda keçirilib və bu ölkənin şirkətləri sözügedən layihədə iştirak etmək istəklərini bildirib: «Ümumiyyətlə, Azərbaycan və Xəzəryanı ölkələrdə fəaliyyət göstərən şirkətlər Xəzər Neft-Qaz Birjasının iştirakçısı ola bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR