Bank Of Baku

ARDNŞ “Cəfərli” yatağında yeni quyular qazır

ARDNŞ “Cəfərli” yatağında yeni quyular qazır
# 26 oktyabr 2009 15:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi “Cəfərli” yatağında qazma işlərini həyata keçirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, layihə dərinliyi 4050 metr olan 35 nömrəli quyu orta eosen çöküntülərinə qazılır. Quyunun noyabr ayının əvvəllərində sutkalıq 30 ton neft hasilatı ilə istismara verilməsi nəzərdə tutulur. Yataqdakı layihə dərinliyi 4050 metr olan digər - 39 nömrəli quyu da orta eosen çöküntülərinə qazılır ki, bu quyunun dekabr ayının sonu-yanvar ayının əvvəlində istismara veriləcəyi gözlənilir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil ediləcək.

Bununla yanaşı, “Cəfərli” yatağında bu günlərdə 38 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu quyunun 2010-cu ilin əvvəllərində təxminən 30 ton neft hasilatı ilə istismar fonduna daxil ediləcəyi planlaşdırılır.

Qeyd edək ki, quyular Muradxanlı İriləşdirilmiş Neft Mədəni tərəfindən istismar olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR