Bank Of Baku

Azərbaycan «Skadovsk» gəmisinin Kulevi Terminalının giriş kanalından çıxarılmasına başlayıb

Azərbaycan «Skadovsk» gəmisinin Kulevi Terminalının giriş kanalından çıxarılmasına başlayıb
# 27 oktyabr 2009 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin oktyabr ayında Kulevi Qara Dəniz Terminalının giriş kanalında qəzaya uğramış Ukraynaya məxsus «Skadovsk» gəmisinin hissə-hissə kəsilərək kanaldan çıxarılmasına başlanılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Skadovsk» gəmisinin Kulevi Terminalının giriş kanalından çıxarılması mərhələlərlə həyata keçirilir. Bu günlərdə bu məqsədlə əraziyə yükqaldırıcı kran gətirilib və artıq gəminin böyük bir hissəsi kəsilərək sudan çıxarılıb. Gəminin qalıqlarının çıxarılması işi davam etdirilir.

Qeyd edək ki, «Skadovsk»un sahibi qəzaya uğramış gəmisini çıxarmaqdan imtina etdikdən sonra ARDNŞ-ə məxsus Kulevi Neft Terminalı bu işi öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR