Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında xam neft ixracını 3 dəfə azaldıb

Azərbaycan yanvar-sentyabr aylarında xam neft ixracını 3 dəfə azaldıb
# 27 oktyabr 2009 09:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 7 985 158,9 min ABŞ dolları dəyərində 20 316 978,1 ton xam neft ixrac edib ki, bu da ölkənin ümumi ixracatının 79,96%-nə bərabərdir. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac edilmiş xam neftin həcmi 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 3,2 dəfə, dəyəri isə 4,5 dəfə az olub. Xam neftin ümumi ixracatdakı payı isə 16,1 faiz bəndi aşağı düşüb.

Hesabat dövründə Bakı-Novorossiysk kəməri ilə (Rusiya istiqamətində) 1 858 182 ton, Bakı-Supsa boru kəməri ilə (Gürcüstan istiqamətində) 3 124 528,4 ton, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə (Türkiyə istiqamətində) 26 113 341,9 ton, dəmir yolu ilə (Gürcüstan istiqamətində) 968 602,4 ton neft ixrac edilib.

Bundan əlavə, hesabat dövründə 1 164 069,1 min dollar dəyərində 2 497 928,2 ton neft emalı məhsulları ixrac olunub. Neft emalı məhsulları Azərbaycanın ixracatında 11,66% paya malik olub. Ümumilikdə, neft məhsullarının ixrac həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,8% artıb, dəyəri isə 37,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR