Bank Of Baku

Bu ilin 9 ayı ərzində Sumqayıtda 1216 mənzildə qaz sayğacları quraşdırılıb

Bu ilin 9 ayı ərzində Sumqayıtda 1216 mənzildə qaz sayğacları quraşdırılıb
# 27 oktyabr 2009 10:16 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhər Qaz İstismar İdarəsi tərəfindən müxtəlif diametrli 500 p/metr uzunluğunda yeni qaz xətləri çəkilib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bundan əlavə şəhərdə qaz xətləri üzərində 1 ədəd siyirtmə quraşdırılıb, şəhərin müxtəlif yerlərində ümumilikdə 66 qaz tənzimləyici şkafda təmir işləri yerinə yetirilib, 10 ədəd müxtəlif diametrli siyirtmə isə təmir edilib. Hesabat dövründə həmçinin Sumqayıt şəhəri və ətraf qəsəbələrdəki yaşayış fondunda 1216 mənzildə qaz sayğacları quraşdırılıb. Smart-kart tipli quraşdırılan sayğacların sayı isə 2 356 ədəd olub. Ümumilikdə Sumqayıt şəhəri üzrə sayğaclaşdırılmış mənzillərin sayı 67 338-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR