Bank Of Baku

Azərbaycanın «Günəşli» yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycanın «Günəşli» yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
# 27 oktyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizinin Azərbaycan milli sektorunda yerləşən «Günəşli» yatağındakı 8-ci Dərin Dəniz Özülündən 162 nömrəli quyu əsaslı təmirdən sonra istismara qaytarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Əsaslı təmir işləri «28 May» NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib. Quyu Balaxanı Lay Dəstəsinin VI horizontundan 2267-2225 metr intervaldan sutkada 150 min kubmetr qaz hasilatı ilə işləyir.

Qeyd edək ki, 2007-ci ilin may ayından istismarda olan 162 nömrəli quyudan indiyədək 393 mln. kubmetr qaz, 11,1 min ton kondensat hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR