Bank Of Baku

Azərbaycan nümayəndə heyəti təbii qazla bağlı danışıqları davam etdirmək üçün Türkiyəyə gedir

Azərbaycan nümayəndə heyəti təbii qazla bağlı danışıqları davam etdirmək üçün Türkiyəyə gedir
# 27 oktyabr 2009 14:10 (UTC +04:00)
Bakı – APA. Türkiyə 2008-ci ildən sonra Azərbaycandan aldığı təbii qazın qiymət fərqini ödəyəcək. APA-nın xəbərinə görə, bunu baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə İranda səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O, Azərbaycan nümayəndə heyətinin təbii qazla bağlı danışıqları davam etdirmək üçün oktyabrın 28-də Ankaraya gələcəyini bildirib.

T. Yıldız İranla təbii qaz müqaviləsi imzalayacaqlarını da açıqlayıb. Müqaviləyə əsasən İran ildə 35 milyard kubmetr təbii qazını Türkiyə vasitəsilə Avropaya göndərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR