Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti batmış gəmilərin çıxarılması üçün yeni barja alıb

Azərbaycan Dövlət Neft Şirkəti batmış gəmilərin çıxarılması üçün yeni barja alıb
# 28 oktyabr 2009 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasına məxsus 4 320 at gücünə malik «İrgiz» yedək gəmisi Qazaxıstanın Bautino limanından «Barja 52 - Parker Drilling» tipli barjanı yedəkdə Bakıya gətirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, üzən vasitə ARDNŞ-in birgə müəssisəsi olan «SOCAR–A.S.M.» tərəfindən alınıb. Qazaxıstandan alınmış barjadan, əsas etibarilə, batmış gəmilərin çıxarılması üçün istifadə olunacaq. Müəssisə indiyə qədər Xəzər dənizində batmış 20-dən artıq gəminin qalıqlarını çıxarıb. Barjanın üzərində 100 ton və 63 ton yük qaldırma qabiliyyətinə malik olan iki kranın quraşdırılması, eyni zamanda 20 nəfər üçün yaşayış blokunun inşası nəzərə tutulub.

Bundan başqa, bu yaxınlarda Türkiyədən müəssisə üçün 25 tonluq kran gəmisi və «Əlibaba» adlı güclü yedək gəmisi gətirilib ki, bu da görülən işlərin həcmini bir neçə dəfə artırmağa imkan verəcək.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə müəssisəsi olan «SOCAR–A.S.M.» 2007-ci ildə ekoloji məqsədlərlə, dəniz dibinin və akvatoriyasının işlənmiş metallardan – dağılmış estakadalardan, fəaliyyətsiz boru xətlərindən və lazımsız, köhnə özüllərdən, dəmir-beton kəsintilərindən təmizlənməsi üçün təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR