Bank Of Baku

Şəmkir rayonunun bir neçə kəndi qazla fasiləsiz təmin edilib

Şəmkir rayonunun bir neçə kəndi qazla fasiləsiz təmin edilib
# 28 oktyabr 2009 11:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Şəmkir rayonunun bir neçə kəndini təbii qazla fasiləsiz təmin edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Şəmkir rayonun Dəllər-Cəyir kəndində 970 abonentin, Dəllər-Cırdəxar kəndində 400, Çənlibel kəndində 601, Sarıtəpə kəndində isə 459 abonentin təbii qazla təmin olunması məqsədi ilə görülmüş tədbirlər uğurla başa çatdırılıb. Şəmkir rayonunun Hacıallar kəndində isə 60 mənzilə sayğac quraşdırılıb və həmin kənd ilk dəfə olaraq təbii qazla təchiz edilib.

Bundan əlavə, rayonun Yeni Həyat kəndi üçün 533 ədəd sayğac alınıb ki, yaxın günlərdə sayğacların quraşdırılması işlərinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR