Bank Of Baku

Azərbaycan paytaxtında «qaz oğurluğuna» görə 151 mənzil sahibi cərimələnib

Azərbaycan paytaxtında «qaz oğurluğuna» görə 151 mənzil sahibi cərimələnib
# 29 oktyabr 2009 06:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İB təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısını almaq məqsədi ilə yoxlamalara başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bakı şəhəri Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən inventarizasiya zamanı Yasamal Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə kodlaşdırılmamış 7 sayğaclı və 37 sayğacsız mənzildə, Sabunçu Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə isə 31 sayğaclı və 76 sayğacsız mənzildə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunub.

Nəticədə, həmin mənzillərin qaz xətləri şəbəkədən ayrılıb. «Qaz oğurluğu» ilə məşğul olmuş abonentlərə müvafiq qaydada cərimə tətbiq edildikdən sonra mənzillərin qazlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərin Qaz İstismar Sahəsinə təqdim edilməsi barədə xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR