Bank Of Baku

Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi sentyabrda 6% yüksəlib

Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi sentyabrda 6% yüksəlib
# 29 oktyabr 2009 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi əvvəlki aya nisbətən 6,2% artıb, yanvar-sentyabr aylarında isə 2008-ci ilin analoji dövrünə nisbətən 30,6% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 107,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 7,5%, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 1,8% bahalaşıb.

Cari ilin sentyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,2% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 3,9%, emal sənayesinin digər sahələri üzrə 3,4%, kimya sənayesi üzrə 3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,8%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə 0,6% bahalaşıb, sellüloz-kağız istehsalı və nəşriyyat işi üzrə 6,6%, elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalı üzrə 1%, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 0,6%, digər qeyri-metal mineral maddələrin istehsalı üzrə isə 0,5% ucuzlaşıb.

Sentyabrda elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsalçı qiymətləri 99,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR