Bank Of Baku

Azərbaycan nefti Ukraynaya nəql olunur

Azərbaycan nefti Ukraynaya nəql olunur
# 30 oktyabr 2009 08:05 (UTC +04:00)
Bakı – APA-Economics. “Ukrtransnafta” ASC noyabr ayı üçün “Ukrtatnafta” QSC-dən 20 min ton tanker neftinin çatdırılması haqda sifariş alıb.

APA-Economics”in xəbərinə görə, bunu Yanacaq və Energetika Nazirliyinin mətbuat katibi Fent Di məlumat verib. Onun sözlərinə görə, Poltava vilayətində yerləşən Kremençuq Neft Emalı Zavoduna (NEZ) “Ukrtatnafta”nın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə imzalanmış müqavilə çərçivəsində aldığı Xəzər nefti çatdırılacaq.

“Ukrtatnafta”nın bu niyyəti “Ukrtransnafta”nın öz fəaliyyət qrafikində bəzi dəyişikliklər etməsinə, o cümlədən 1 oktyabr 2009-cu ildən “LUKoil” şirkətinin Odessa NEZ-inə neft çatdırılmasının marşrutunu dəyişdirməsinə və Lisiçansk-Kremençuq-Odessa NEZ marşrutu üzrə xam neftin nəqlini dayandırmasına səbəb olub. Bu səbəbdən “LUKoil” rəhbərliyi oktyabrın 2-də Odessa NEZ-də istehsalı dayandırmaq haqqında qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR