Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ölkənin qazlaşdırılması prosesinin əhatəsini genişləndirib

Azərbaycan Dövlət Neft Şirkəti ölkənin qazlaşdırılması prosesinin əhatəsini genişləndirib
# 30 oktyabr 2009 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi ölkənin kənd və qəsəbələrində əhalinin təbii qazla təminatını artırıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin sentyabr-oktyabr aylarında Azərbaycanın 9 yaşayış məntəqəsində 1 500-dən çox abonent təbii qazla təmin edilib. Bu günlərdə uzun illərdir ki, qaz almayan İsmayıllı rayonunun Qalıncaq, Qəbələ rayonunun Zalan, eləcə də Tovuz rayonunun Yanıqlı kəndlərində istehlakçıların təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə aparılan təmir-tikinti işləri başa çatdırılıb. Yaxın günlərdə həmin kəndlərin təbii qazla təmin edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR