Bank Of Baku

«StatoilHydro» adını dəyişib - FOTO

«StatoilHydro» adını dəyişib - <font color=red>FOTO</font>
# 02 noyabr 2009 06:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Norveçin «StatoilHydro» neft şirkəti adını dəyişərək «Statoil» adını və yeni görünüşlü ticarət nişanını qəbul edib.

«Statoil»un Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, yeni səpkili nişan Skandinaviya səması fonunda görünən «Statoil»un yeni simvolu kimi, qütb ulduzu formasını alan ulduz yığını şəklindədir. Bu ulduz qrupun fəaliyyət tarixçəsini, yenilik əhval-ruhiyyəsini və artan enerji tələbatının layiqli şəkildə ödənilməsinin daha münasib həlli yollarının aşkar edilməsində liderə çevrilmək niyyətini əks etdirir.

Qeyd edək ki, 35 illik neft və qaz hasilatı təcrübəsinə malik olan «Statoil» 40 ölkədə əməliyyat aparan beynəlxalq enerji şirkətidir. Müxtəlif ölkələrdə 30 min işçisinin çalışdığı «Statoil»un baş ofisi Norveçdə yerləşir və bu şirkətin qiymətli kağızları Nyu-York və Oslo fond birjalarında tədavüldədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR