Bank Of Baku

Azərbaycanda əhaliyə verilən təbii qazın həcmi artırılıb

Azərbaycanda əhaliyə verilən təbii qazın həcmi artırılıb
# 02 noyabr 2009 14:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən təbii qazın həcmi artırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Hazırda əhaliyə sutkada 9 mln. kubmetr qaz verilir. Bunun 5,2 mln. kubmetri Bakı şəhərinə, qalanı isə regionlara nəql edilir.

ARDNŞ-dən onu da bildiriblər ki, daha çox tələbat yaranarsa, gələcəkdə nəql olunan qazın həcmi yenidən artırıla bilər. Respublikada hasil olunan təbii qazın miqdarı ilə yanaşı, yeraltı qaz anbarlarında kifayət qədər ehtiyatın olması da buna imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR