Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları»ndakı Sıxıcı Qaz Kompressor Stansiyasında 4 yeni aqreqat istifadəyə verəcək

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları»ndakı Sıxıcı Qaz Kompressor Stansiyasında 4 yeni aqreqat istifadəyə verəcək
# 03 noyabr 2009 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neft Daşları» yatağının işlənməsinə başlanmasının 60 illik yubileyi ilə əlaqədar yaxın günlərdə yataqda yerləşən Sıxıcı Qaz Kompressor Stansiyasında (SQKS) 4 yeni aqreqatın istifadəyə verilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə «28 May» NQÇİ SQKS-in rəisi Edqar Mütəllibov bildirib.

Onun sözlərinə görə, yeni aqreqatlar istifadəyə verildikdən sonra stansiyanın sutkalıq ötürmə gücü 11 mln. kubmetrə çatacaq: «Halbuki, hazırda stansiyanın sutkalıq ötürmə gücü 5,8 mln. kubmetr təşkil edir. Hazırda stansiyada 12 aqreqat istismar olunur».

Qeyd edək ki, «Neft Daşları» yatağının 60 illik yubileyi ilə əlaqədar ARDNŞ bir qrup jurnalistin sözügedən yatağa səfərini təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR