Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu beynəlxalq şəffaflıq indeksi üzrə cədvəldə yüksək yer tutub

Azərbaycan  Dövlət Neft Fondu beynəlxalq şəffaflıq indeksi üzrə cədvəldə yüksək yer tutub
# 04 noyabr 2009 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) «Linaburq-Meduel Şəffaflıq İndeksi» cədvəlində yüksək yer tutub.

ARDNF-dan “APA-Economics”ə verilən məlumata görə, «Linaburq-Meduel Şəffaflıq İndeksi» Suveren Fondlar İnstitutunun (http://www.swfinstitute.org) təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanıb. Bu indeks Suveren Fondların şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətinin qiymətləndirilməsi metodu olub 10 meyardan ibarətdir və hər meyar 1 ballıq şkala ilə qiymətləndirilib.

ARDNF 10 balla 45 suveren fond arasında səkkiz ölkənin suveren fondları ilə birgə birinci yerdə qərarlaşıb. Renkinqdə ilk yeri ARDNF ilə yanaşı, Çili, Birləşmiş Ərəb Əmirlikləri (Mubadala), Sinqapur (Temasek), İrlandiya (NPRF), ABŞ (Alaska), Norveç (GPF) və Yeni Zelandiyanın suveren fondları tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR