Bank Of Baku

Azərbaycan «Neft Daşları» yatağında hasilat obyektlərini elektrik enerjisi ilə dayanıqlı təmin etmək üçün yeni stansiya inşa edəcək

Azərbaycan «Neft Daşları» yatağında hasilat obyektlərini elektrik enerjisi ilə dayanıqlı təmin etmək üçün yeni stansiya inşa edəcək
# 04 noyabr 2009 14:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizinin Azərbaycan milli sektorunda yerləşən «Neft Daşları» yatağında hasilat obyektlərini elektrik enerjisi ilə dayanıqlı təmin etmək üçün yeni Qaz Turbin Elektrik Stansiyasının tikintisi nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bu məqsədlə layihə-smeta sənədləri hazırlanır. Eyni zamanda, stansiyanın tikintisi ilə bağlı texniki məsələlər həll edilir.

Qeyd edək ki, ARDNŞ-in qaz hasilatının yüksəldilməsinə yönəldilmiş xüsusi Qaz Proqramının bu ilki buraxılış obyektlərindən olan 2№-li Sıxıcı Kompressor Stansiyasının (SKS-2) genişləndirilməsi layihəsi çərçivəsində stansiyada qaz-turbin aqreqatlarının ümumi sayı 16-ya çatdırılıb. Yeni yaradılmış güclərin işini təmin etmək üçün xaricdən alınan 2 ədəd 1600 kVt gücündə transformator məntəqəsi quraşdırılıb, ümumu uzunluğu 10 km olan 2 yeni kabel xətti, həmçinin «Neft Daşları» NQÇİ-nin istismar etdiyi «Palçıq Pilpiləsi» yatağına dənizin dibi ilə 11 km uzunluğunda Finlandiya istehsalı olan sualtı kabel çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR