Bank Of Baku

Türkiyədən Azərbaycana yeni yüksək gərginlikli transformatorlar gətirilib

Türkiyədən Azərbaycana yeni yüksək gərginlikli transformatorlar gətirilib
# 05 noyabr 2009 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Haluk Elektrik» şirkəti Bakı şəhərinin enerji sistemində istifadə olunacaq 3 ədəd yüksək gərginlikli transformatorun tədarükünü başa çatdırıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Transformatorlar Bakı elektrik paylama şəbəkəsində istifadə ediləcək. Şirkətin məlumatında bildirilir ki, ümumilikdə «Haluk Elektrik» 2008-ci ilin sonunda imzalanmış müqavilə çərçivəsində Azərbaycana ikisi bir, üçü də bir partiyada olmaqla cəmi 5 yüksək gərginlikli transformator göndərib. Tranfsormatorlardan 4-ü 50/50/50 MVA, 1-i 40/40/40 MVA gücə malikdir.

Transformatorlar şirkətin Balıkəsir şəhərində yerləşən «BEST Trafo Sənaye» zavodunda istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR