Bank Of Baku

Azərbaycan yaxın 5 ildə elektrik enerjisi istehsalını 21% artıracaq

Azərbaycan yaxın 5 ildə elektrik enerjisi istehsalını 21% artıracaq
# 06 noyabr 2009 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın 5 ildə Azərbaycanda elektrik enerjisi istehsalının 20,6% artımı proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Mütəxəssislərin hesablamalarına görə, 2013-cü ildə Azərbaycanın elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 2008-ci il ilə müqayisədə 20,6% artaraq 25,0 mlrd. kVt/saata çatacaq.

Səhmdar cəmiyyətindən bildirilib ki, cari ildə enerji istehsalı 18,236 mlrd. kVt/saat və ya 2008-ci ilə müqayisədə 13,6% az gözlənilir.

Ümumilikdə, 2010-cu ildə Azərbaycanda 18,0 mlrd., 2011-ci ildə 20,9 mlrd., 2012-ci ildə 23,2 mlrd., 2013-cü ildə isə 25,0 mlrd. kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR