Bank Of Baku

İran qaz ixracı üzrə sazişin pozulmasına görə Ermənistandan cərimə tələb edir

İran qaz ixracı üzrə sazişin pozulmasına görə Ermənistandan cərimə tələb edir
# 06 noyabr 2009 13:40 (UTC +04:00)
Bakı – APA-Economics. İkitərəfli razılaşmaya uyğun olaraq hazırda İran Ermənistana sutkada 1-1,2 mln. kubmetr qaz ixrac edir, əvəzində isə elektrik enerjisi alır.

APA-Economics”in xəbərinə görə, bu sözləri İranın qaz ixracı üzrə milli şirkətinin mühəndis-texniki xidmətinin direktoru Rəsul Salmani İSNA-ya müsahibəsində deyib.

R.Salmani qeyd edib ki, Ermənistanın hazırlıq səviyyəsindən asılı olaraq İran sutkada ixrac etdiyi qazın həcmini müqavilədə göstərilən 3 mln. kubvmetr həddinə yüksəldə bilər. Onun sözlərinə görə, müqavilənin “Take or Pay” (“Al və Ödə”) adlandırılan paraqrafına uyğun olaraq Ermənistan İrana cərimə ödəməlidir: “Çünki bir tərəfdən İran müqaviləyə uyğun olaraq daha böyük həcmdə qaz ixrac etmək gücündə olsa da, Ermənistan az həcmdə qaz qəbul edir. Digər tərəfdənsə, Ermənistan öz ərazisində boru kəmərinin gec hazır olması səbəbindən qazı müqavilədə göstərilən vaxtdan gec qəbul etməyə başlayıb”.

Yaxın vaxtlarda cərimənin həcmi müəyyənləşdiriləcək və Ermənistan tərəfinin diqqətinə çatdırılacaq. Belə ki, Ermənistan tərəfi də öz növbəsində İranı müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməməkdə ittiham etdiyindən, məsələ ilə bağlı danışıqlar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR