Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ilk texnoloji platformanın inşasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti ilk texnoloji platformanın inşasına başlayıb
# 07 noyabr 2009 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilk dəfə olaraq texnoloji platformanın inşasına başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, platforma «Günəşli» yatağında dənizin 90-92 metr dərinliyində, fəaliyyətdə olan 4 nömrəli platformadan 50 metr aralıda quraşdırılacaq və piyada körpüsü ilə ona birləşdiriləcək. Nəzərdə tutulduğuna görə, sosial infrastruktur – yaşayış bloku, yeməkxana, ehtiyat qazma və vertolyot meydançası hər iki platforma üçün ümumi olacaq. Yeni platformanın yuxarı hissəsi sənaye məqsədlərinə xidmət göstərəcək. Burada 8 maşından ibarət qazlift kompressor stansiyası tikiləcək və stansiyanın köməyi ilə qaz 125 atmosfer təzyiq altında sıxılaraq laylara vurulacaq.

Yeni tikilinin məqsədi «Günəşli» yatağında neft hasilatını stabil saxlamaqdır. Layihəyə əsasən, blokların dənizə nəql edilməsi və quraşdırılması 2010-cu ilin yanvar-fevral aylarında həyata keçirilməlidir. Platforma 2011-ci ildə istismara verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR