Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il 142 665 metr qazma işi görüb

Azərbaycan Dövlət Neft Şirkəti bu il 142 665 metr qazma işi görüb
# 07 noyabr 2009 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 084 metr qazma işi həyata keçirib.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 8 385 metri istismara, 2 699 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2009-cu ilin əvvəlindən noyabrın 1-ə kimi ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 142 665 metr qazma işi görülüb ki, bunun da 137 106 metri istismara, 5 559 metri isə kəşfiyyata aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR