Bank Of Baku

Sabah Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçiriləcək
# 09 noyabr 2009 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Sloveniya biznes-forumu çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə sənaye və maşınqayırma sektoru üzrə dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov qeyd edib ki, Azərbaycan Sloveniya iş adamları ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindədir. Ölkənin sənaye, o cümlədən neft-qaz sahəsinin inkişafından danışan nazir müavini Azərbaycanda qeyri-neft sektorunun da inkişafına diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 20-yə qədər dövlət proqramı həyata keçirilir: «Bunlardan regionların inkişafı və alternativ enerji proqramları çərçivəsində Sloveniya ilə əməkdaşlıq edə bilərik. Əgər regionların inkişafı proqramı iqtisadiyyatın müxtəlif sahələrini əhatə edirsə, alternativ enerji proqramı üzrə Azərbaycan Sloveniyanın təcrübəsindən istifadə edə bilər. Hazırda Azərbaycan Alternativ enerji proqramı üzrə Almaniya ilə sıx əməkdaşlıq edir və bu sahəni Avropa qanunlarına yaxınlaşdırmaq niyyətindədir».

Sloveniya Ticarət Palatasının nümayəndəsi Ales Kontrarutti qeyd edib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 10 mln. ABŞ dolları təşkil edir: «Bu məbləğ elə də çox deyil və ümid edirik ki, getdikcə artacaq». Azərbaycanla Sloveniyanın müxtəlif sahələrdə əməkdaşlıq edə biləcəyini vurğulayan A.Kontrarutti sabah Bakıda keçiriləcək biznes-forumda 60-a yaxın şirkətin iştirak edəcəyini söyləyib.

Dəyirmi masada iştirak edən şirkətlər özləri barədə məlumat verib, fəaliyyət göstərdikləri sahələr üzrə xidmətlər təklif ediblər. İş adamları arasında sənayenin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR