Bank Of Baku

Azərbaycanın qazlaşdırılmasına əlavə 250 mln. dollar sərmayə tələb olunur

Azərbaycanın qazlaşdırılmasına əlavə 250 mln. dollar sərmayə tələb olunur
# 09 noyabr 2009 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Gədəbəy rayonunun kəndlərinin qazlaşdırılması prosesində ləngimələr mövcuddur. Bu barədə «APA-Economics»ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, dövlət başçısı Gədəbəyə səfəri zamanı rayonun kəndlərinin qazlaşdırılması ilə bağlı tapşırıq verməsinə baxmayaraq, işlər ləng gedir.

«Qaz paylayıcı sistem Azərbaycan Dövlət Neft Şirkətinə veriləndən sonra mənə çatan məlumatlara görə işlər daha da çətinləşib. «Azəriqaz»ın onlarla texnikası çayın qırağında qalıb pas atır. Bu yandan da qış yaxınlaşır. Fikrimcə, bu istiqamətdə işlər daha sürətlə həyata keçirilməlidir», - deyən N.Məmmədov əlavə edib ki, bu günədək Azərbaycanın 85%-i qazlaşdırıldığı halda, Gədəbəy rayonunda bu göstərici 8%-dir.

Millət vəkilinin hesablamalarına görə, ölkənin ümumi qazlaşdırılması üçün təqribən 200 mln. manat (təxminən 250 mln. ABŞ dolları) sərmayənin yatırılmasına ehtiyac duyulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR