Bank Of Baku

Bakı şəhəri Qaz İstismar İdarəsi qaz kəmərlərində təmir-tikinti işləri aparır

Bakı şəhəri Qaz İstismar İdarəsi qaz kəmərlərində təmir-tikinti işləri aparır
# 10 noyabr 2009 07:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin Bakı şəhəri Qaz İstismar İdarəsi payız-qış mövsümünə hazırlıqla əlaqədar yeraltı və yerüstü aşağı təzyiqli qaz kəmərlərində təmir-tikinti işləri aparır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tədbirlər planı çərçivəsində podratçı «AzFİN» şirkəti tərəfindən Bakının Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1000 metrdən artıq 530 mm-lik yeraltı qaz kəməri çəkilib. Həmçinin, Nizami rayonu Keşlə qəsəbəsi 8-ci köndələn küçəsində həyətlərdən keçən müxtəlif diametrli qaz kəmərlərinin yenidən quraşdırılması ilə əlaqədar «LTTQ» MMC tərəfindən 299,5 metr uzunluğunda 76 mm-lik, 591 metr uzunluğunda 57 mm-lik, 47,5 metr uzunluğunda 32 mm-lik, 9,6 metr uzunluğunda 25 mm-lik qaz xətlərinin inşası başa çatdırılıb. Hazırda kəmərlərdə sınaq işləri aparılır. Analoji işlər paytaxtın digər rayonlarında da davam etdirilir.

Bakı şəhərindən əlavə olaraq, 1400-dən artıq fərdi yaşayış evindən ibarət, eləcə də bir orta məktəb və digər sosial obyektlərin fəaliyyət göstərdiyi Mingəçevir-Xaldan şosesinin sağ hissəsində yeni salınmış Günəşli yaşayış massivinin qazlaşdırılması üçün Mingəçevir Qaz İstismar Sahəsi tərəfindən «Azəriqaz» İB-nin Layihə Konstruktor Bürosuna texniki şərt təqdim olunub. İşçi layihə hazırlanaraq 7,300 p/m daşıyıcı qaz kəmərinin və küçə xətlərinin çəkilməsi layihələndirilib. Adı çəkilən ərazidə yerli sakinlərlə yanaşı, məcburi köçkün və qaçqın ailələri də yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR