Bank Of Baku

Gürcüstan «Enerji körpüsü» layihəsi çərçivəsində tender keçirir

Gürcüstan «Enerji körpüsü» layihəsi çərçivəsində tender keçirir
# 10 noyabr 2009 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji şəbəkələrini əlaqələndirən «Enerji körpüsü» (Power Bridge) layihəsi çərçivəsində Gürcüstan tərəfi yüksək gərginlikli elektrik verilişi sistemini qurmaq məqsədi ilə tender elan edib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, Gürcüstan tərəfi tenderi ilin sonuna qədər yekunlaşdıracaq və işlərə gələn ildən başlayacaq. Bununla paralel olaraq Azərbaycan tərəfi Mingəçevir elektrik stansiyasından Gürcüstan sərhədinədək 500 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin tikinti-bərpasını həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaq. Bununla bərabər, yaradılmış işçi qrupu hər bir ölkədə şəbəkələrin cari vəziyyətini təhlil edib və modelin reallaşdırılması perspektivləri baxımından lazımi investisiyanı dəqiqləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR