Bank Of Baku

Azərbaycan oktyabrda elektrik enerjisi istehsalını 19% azaldıb

Azərbaycan oktyabrda elektrik enerjisi istehsalını 19% azaldıb
# 10 noyabr 2009 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 18,7% azdır.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,1 mlrd. kVt/saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşür.

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 15,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% azdır. İstehsal edilən həcmdən 13,5 mlrd. kVt/saata yaxın İES-lərin, 1,7 mlrd. kVt/saatdan artıq isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR