Bank Of Baku

Sumqayıt Elektrik Stansiyası ilin sonunadək istifadəyə veriləcək

Sumqayıt Elektrik Stansiyası ilin sonunadək istifadəyə veriləcək
# 10 noyabr 2009 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt Elektrik Stansiyası 2009-cu ilin sonuna kimi istifadəyə veriləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, artıq stansiyada test sınaqları aparılıb və obyekt istismara hazırdır. Gücü 525 MVt təşkil edəcək stansiya Abşeron yarımadasındakı müəssisələrin elektrik enerjisi ilə təchizatında vacib rol oynayacaq.

«Azərenerji» prezidentinin sözlərinə görə, hazırda Abşeron yarımadasındakı stansiyalar yarımadanın enerji təminatını tam ödəmir. Enerjinin müəyyən hissəsi Mingəçevir stansiyasından götürülür.

E.Pirverdiyev qış mövsümünə hazırlıq işlərinin aparıldığını və cari qış mövsümündə enerji təchizatında problemlərin olmayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR