Bank Of Baku

Noyabrın 13-dən Bakıda borclu abonentlərin işığı kəsiləcək

Noyabrın 13-dən Bakıda borclu abonentlərin işığı kəsiləcək
# 10 noyabr 2009 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsinə dair xəbərdarlıq edir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, ödəniş müddəti keçən abonentlərin elektrik enerjisi təchizatı cari ilin noyabrın 13-də saat 15:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq və borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin «Bakıelektrikşəbəkə» ASC-nin veb-saytı (www.bes.az) vasitəsilə «onlayn» olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR