Bank Of Baku

Rusiyada 1913-cü ildən bəri ilk sənaye siyahıyaalması keçiriləcək

Rusiyada 1913-cü ildən bəri ilk sənaye siyahıyaalması keçiriləcək
# 10 noyabr 2009 13:41 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyada 1913-cü ildən bəri ilk dəfə olaraq sənaye siyahıyaalması keçiriləcək.
APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyi qərar qəbul edib.
Qeyd edək ki, sənaye siyahıyaalması – sənaye müəssisələrinin istehsal fondlarının vəziyyətinin monitorinqidir. Bu, Sənaye və Ticarət Nazirliyinə qlobal maliyyə böhranının Rusiya iqtisadiyyatına təsir gücünü və sənaye istehsalının artım prioritetlərini müəyyənləşdirməyə imkan verəcək.
İqtisadi böhran şəraitində Rusiyada sənaye istehsalının həcmi kəskin surətdə aşağı düşüb. 2009-cu ilin birinci yarımilində bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR