Bank Of Baku

Yaxın perspektivdə Azərbaycanın ixracatında kimya məhsullarının payı 20%-ə çatacaq

Yaxın perspektivdə Azərbaycanın ixracatında kimya məhsullarının payı 20%-ə çatacaq
# 10 noyabr 2009 14:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhərində yeni neft-kimya kompleksi istifadəyə veriləndən sonra Azərbaycanın ixracatında kimya məhsullarının payı 20% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu «Azərikimya» Dövlət Şirkətinin prezidenti Məcid Kərimov bildirib.

Hazırda «Azərikimya» Dövlət Şirkətinin 19 adda kimya məhsulu istehsal etdiyini deyən şirkət rəhbəri yeni neft-kimya kompleksi istifadəyə veriləndən sonra məhsul çeşidinin dəfələrlə genişlənəcəyini qeyd edib.

M.Kərimovun sözlərinə görə, yeni neft-kimya kompleksi ekoloji cəhətdən təmiz olacaq və əvvəllər Sumqayıt şəhərində olmuş və hazırda fəaliyyət göstərən kimya müəssisələrindən fərqlənəcək.

M.Kərimov rəhbərlik etdiyi şirkətin dövlət büdcəsinə ödənişləri həyata keçirdiyini və hazırda heç bir vergi, eləcə də kommunal xidmətlərə görə borcunun olmadığını vurğulayıb.

«Azərikimya» rəhbəri işçilərin cari ilin fevral, mart və aprel ayları üzrə əmək haqlarının ödənilməməsi barədə deyilənlərə də aydınlıq gətirib. Şirkət rəhbərləri qeyd olunan dövrdə «Azərikimya»nın zavodlarının işləmədiyini deyib və əmək haqlarının ödənilməməsini də bununla əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR