Bank Of Baku

Azərbaycanda ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlər təsdiqlənib

Azərbaycanda ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlər təsdiqlənib
# 10 noyabr 2009 15:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədləri təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Bunlardan birincisi «İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçıların və subpodratçıların əmək müqaviləsi əsasında cəlb etdikləri Azərbaycan vətəndaşlarının müəyyən olunmuş nisbətdən fərqli olan digər nisbətinə əcnəbi işçi cəlb etmələrinə razılığın verilməsi üçün tələb olunan sənədlərin siyahısıdır. Qaydalara əsasən, cəlb olunan əcnəbilərin şirkətdə çalışan bütün işçilərin ümumi sayının 20%-dən artıq olması üçün ARDNŞ-nin rəyi olmalıdır.

İkinci sənəd «Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizəyə əlavə edilən sənədlərin Siyahısı»dır. Bu sənəddə şəhadətnaməni almaq üçün tələb olunan sənədlər göstərilib.

Nazirlər Kabineti həmçinin «Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması Qaydaları»nı, «İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları»nı da təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR