Bank Of Baku

Nəsimi rayonunun bir hissəsinə və Şamaxı rayonuna təbii qazın verilişi dayandırılacaq

Nəsimi rayonunun bir hissəsinə və Şamaxı rayonuna təbii qazın verilişi dayandırılacaq
# 10 noyabr 2009 15:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah saat 14:00-dan 17:00-dək Bakı şəhəri Nəsimi rayonunun S.Vurğun küçəsinin bir hissəsi, noyabrın 12-si saat 10:00-dan 18:00-dək Şamaxı rayonunun mərkəzinə təbii qazın verilişi dayandırılacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Qaz təchizatında yaranacaq qısa müddətli məhdudiyyət həmin ərazilərdən keçən boru xətlərində təmir-bərpa işləri ilə bağlıdır. Məlumatda bildirilib ki, ARDNŞ-in «Azəriqaz» İB tərəfindən Nəsimi rayonu R.Behbudov küçəsində yerləşən 17 mərtəbəli yaşayış binasına çəkilmiş 108 mm-lik xəttin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar noyabrın 11-də saat 14°°-dan 17°°-a kimi həmin rayonun S.Vurğun küçəsindən keçən 273 mm-lik orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə S.Vurğun küçəsinin bir hissəsinə qazın verilməsində məhdudiyyətlər olacaq. Bundan başqa, başlanğıcını Şamaxı Avtomatik Qaz Paylayıcı Stansiyasından götürən 219 mm-lik dairəvi qaz kəmərində baş vermiş sızmanın aradan qaldırılması məqsədi ilə noyabrın 12-də saat 10°°-dan 18°°-dək həmin kəmərlə təbii qazın nəqli dayandırılacaq. Bu müddət ərzində Şamaxı rayon mərkəzinə mavi yanacağın verilməsində məhdudiyyətlər yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR