Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu intellektual və avtomatlaşdırılmış binanın tikintisi ilə bağlı tender keçirir

Azərbaycan Dövlət Neft Fondu intellektual və avtomatlaşdırılmış binanın tikintisi ilə bağlı tender keçirir
# 11 noyabr 2009 09:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) A-sinif yeni ofis binasının inşaatı layihəsində intellektual və avtomatlaşdırılmış bina konsepsiyasının layihələndirilməsi və həyata keçirilməsinə nəzarət üçün məsləhət və peşəkar xidmətlərin satın alınması məqsədilə tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, 30 aylıq inşaat layihəsi müddətində intellektual informasiya şəbəkəsi infrastrukturu, intellektual informasiya təhlükəsizliyi şəbəkəsi infrastrukturu, intellektual və avtomatlaşdırılmış bina və resursların idarə edilməsi sistemi şəbəkəsi infrastrukturu, təchiz edilmiş ofislərin konseptual layihəsi təlimatları, əməliyyat prosedurları və istifadəçi təlimatları, istifadəçilər üçün treninq, sistemin sınaqdan keçirilməsi, işə salınması və s. nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyən podratçıların sənədləri bu il dekabrın 25-dək elektron və ya adi poçtla təqdim etməlidirlər. İddiaçıların tender təklifləri isə 2010-cu il yanvarın 8-dək təqdim edilməlidir. Tender prosedurları 2010-cu ilin yanvarın 11-də keçiriləcək.

İddiaçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün biznes mərkəzlərin avtomatlaşdırılması və informasiya texnologiyaları sahəsində məsləhət xidməti, A-sinif binalarda bu tipli layihələrin tətbiqinə ən azı 5 illik təcrübənin, dünya miqyasında (əsasən Avropa və ABŞ-da) müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması kimi meyarlara üstünlük veriləcək.

Əlavə məlumat üçün [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksla sualları göndərmək olar. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 176).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR