Bank Of Baku

«E.ON Ruhrgaz» Azərbaycanın qaz təchizatı sisteminin yenidən qurulmasına maraq göstərir

«E.ON Ruhrgaz» Azərbaycanın qaz təchizatı sisteminin yenidən qurulmasına maraq göstərir
# 11 noyabr 2009 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Almaniyanın «E.ON Ruhrgaz» şirkətinin qaz təchizatı məsələləri üzrə birinci vitse-prezidenti Uve Fippin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev Almaniya və Azərbaycanın qaz təchizatı qurumları arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

U.Fipp isə öz növbəsində Azərbaycanda qaz təchizatı sisteminin müasir standartlar səviyyəsində yenidən qurulması layihələrinə maraq göstərdiklərini və bu sahədə «Azəriqaz» İB ilə əməkdaşlıq etmək niyyətində olduqlarını söyləyib. U.Fipp daha sonra «E.ON Ruhrgaz» şirkətinin tarixi, hazırkı fəaliyyəti və perspektiv planları haqqında təqdimatla çıxış edib. Təqdimatda həmçinin şirkətin Rumıniya və başqa Avropa ölkələrində qaz təchizatı sisteminin modernləşdirilməsi istiqamətində apardığı işlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda, «E.ON Ruhrgaz» şirkətinin Azərbaycanın qazpaylayıcı şəbəkələrinin yenidən qurulması layihələrinə maraq göstərildiyi xüsusi qeyd edilib.

Təqdimatdan sonra ARDNŞ prezidenti bildirib ki, «E.ON Ruhrgaz» həqiqətən də müasir texnologiyalara və zəngin təcrübəyə malik bir şirkətdir. O, Azərbaycanın qazpaylayıcı şəbəkəsinin yenidən qurulması layihələrinə dair bu şirkətdən tezliklə daha ətraflı təkliflər alınacağına və gələcəkdə iki şirkət arasında əməkdaşlıq münasibətlərinin yaranacağına inandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR