Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ekoloji layihələrdə Almaniya avadanlıq və texnologiyalarından istifadə edəcək

Azərbaycan Dövlət Neft Şirkəti ekoloji layihələrdə Almaniya avadanlıq və texnologiyalarından istifadə edəcək
# 11 noyabr 2009 12:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə icra olunan ekoloji layihələrinə Almaniya avadanlıq və texnologiyalarını cəlb edə bilər. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in Ekologiya İdarəsinin rəisi Azər Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ-da Almaniya avadanlığının ölkədə tətbiq edilməsi məsələsinə baxılır ki, gələcəkdə bunlar ekoloji layihələrin icrasında istifadə oluna bilər.

Qeyd edək ki, hazırda ARDNŞ-in ölkədə həyata keçirdiyi ən iri ekoloji layihə «Abşeron torpaqlarının təmizlənməsi Layihəsi»dir ki, yarımadanın neftlə çirklənmiş hissəsi 33,3 min hektar təşkil edir, bunun da 15 min hektarı ARDNŞ-in balansındadır. Torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən 63 mln. manat, Azərbaycan büdcəsindən isə 18,5 mln. manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR