Bank Of Baku

Qlobal maliyyə böhranı Azərbaycan Dövlət Neft Şirkətini ekoloji investisiyalara yenidən baxmağa vadar edib

Qlobal maliyyə böhranı Azərbaycan Dövlət Neft Şirkətini ekoloji investisiyalara yenidən baxmağa vadar edib
# 11 noyabr 2009 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qlobal maliyyə böhranı səbəbindən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi»də öz payına düşən xərclərinə yenidən baxacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsinin müdiri Azər Əliyev məlumat verib.

Onun sözlərinə görə, iqtisadi böhran ARDNŞ-in xərclərinə yenidən baxılmasına gətirib çıxarıb ki, layihənin icrasına yönəldiləcək vəsaitin istiqamətləri də dəyişdirilib: «Layihənin əsas hissəsi Dünya Bankı tərəfindən maliyyələşdirilir və hazırda xərclərə yenidən baxılır – yekun qərar hələ qəbul olunmayıb».

Xatırladaq ki, Abşeron yarımadasının neftlə çirklənmiş hissəsi 33,3 min hektar təşkil edir, bunun da 15 min hektarı ARDNŞ-in balansındadır. Torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən 63 mln. manat, Azərbaycan büdcəsindən isə 18,5 mln. manat ayrılıb. Dünya Bankı isə layihəyə ilkin olaraq 100 mln. ABŞ dolları ayırmağı planlaşdırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR