Bank Of Baku

İrandan Ermənistana təbii qazın verilişi dayandırılıb

İrandan Ermənistana təbii qazın verilişi dayandırılıb
# 11 noyabr 2009 14:10 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün səhər İrandan Ermənistana təbii qazın verilişi dayandırılıb.

APA-Economics”in xəbərinə görə, bunu İranın qaz nəqli şirkətinin nümayəndəsi Vəliallah Dini bəyan edib.

Onun sözlərinə görə, təbii qazın verilişi meydana çıxmış texniki çətinliklər üzündən, Ermənistan tərəfinin xahişi ilə dayandırılıb: “Bu çətinliklər aradan qaldırılan kimi İran tərəfi qaz verilişini bərpa edəcək”.

V.Dini bildirib ki, bu ilin yazından başlayaraq İran 110 km uzunluğunda olan kəmər vasitəsilə Ermənistana hər gün 2 mln. kubmetr qaz nəql edib: “Bu həcm 10 mln. kubmetrə qədər artırıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR