Bank Of Baku

ARDNŞ: Azərbaycanla Rusiya arasında qaz kəmərinin təmiri başa çatır

ARDNŞ: Azərbaycanla Rusiya arasında qaz kəmərinin təmiri başa çatır
# 11 noyabr 2009 14:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Rusiya arasında mövcud olan qaz kəmərində təmir işləri başa çatmaq üzrədir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Hazırda kəmərin bəzi hissələrində yoxlamalar aparıldığını deyən R.Abdullayev Quba rayonunda çay keçidinin təmir olunacağını, müqaviləyə uyğun olaraq, 2010-cu ilin yanvar ayından Rusiyaya qazın nəqlinə başlanacağını qeyd edib.

Qeyd edək ki, bu ilin oktyabrın 14-də Bakıda ARDNŞ ilə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR