Bank Of Baku

Andrey Çupov: “Nüvə reaktorunun tikintisi barədə qərarı yalnız Azərbaycana hökuməti verə bilər”

Andrey Çupov: “Nüvə reaktorunun tikintisi barədə qərarı yalnız Azərbaycana hökuməti verə bilər”
# 11 noyabr 2009 15:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Gələn ilin fevral və mart aylarında daha 3 azərbaycanlı mütəxəssis Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisi imkanlarının öyrənilməsi layihəsi çərçivəsində təcrübə keçəcəklər. Bu barədə APA-ya AEBA-nın Azərbaycan üzrə nümayəndəsi Andrey Çupov məlumat verib. Onun sözlərinə görə, hazırda layihə ilə bağlı planlı şəkildə iş gedir, bu il üz azərbaycanlı mütəxəssis bununla bağlı təcrübə keçiblər: “AEBA bu sahədə Azərbaycana məsləhət formasında yardım göstərir, mütəxəssislərin hazırlanmasına kömək edir. Nüvə reaktorunun tikintisi barədə qərarı isə yalnız Azərbaycana hökuməti verə bilər”.

Andrey Çupov qeyd edib ki, AEBA həmçinin Milli Onkoloji Mərkəzdə radioterapiyanın yaxşılaşdırılması sahəsində Azərbaycanla əməkdaşlıq edir: “Bu sahədə əhəmiyyətli uğurlar əldə etmişik. Bu mərkəzə müraciət edən xəstələrin sayı artır, lakin bunun səbəbi o deyil ki, Azərbaycanda onkoloji xəstələrin sayı artmaqdadır. Sadəcə xəstələr artıq müalicə olunmaq üçün xarici ölkələrə getmir, bu mərkəzə üz tuturlar. Artıq mərkəzdə radioterapiya aparılması üçün müasir avadanlıq və peşəkar mütəxəssislər var”. Çupov bildirib ki, hazırda Gəncə şəhərində onkoloji xəstələrin diaqnostika və terapiyası üçün şərait yaradılması layihəsi üzərində iş gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR