Bank Of Baku

Prezidentin Ehtiyat Fondundan “Bakıelektrikşəbəkə” ASC-yə10 milyon manat vəsait ayrılıb

Prezidentin  Ehtiyat Fondundan “Bakıelektrikşəbəkə” ASC-yə10 milyon manat vəsait ayrılıb
# 11 noyabr 2009 17:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıqla və yeni texnologiyanın tətbiqi ilə yenidən qurulmasını, paytaxtda payız-qış mövsümündə əhalinin elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsinə təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 10 milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR