Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Deutsh Bank»ın nümayəndələrini qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Deutsh Bank»ın nümayəndələrini qəbul edib
# 12 noyabr 2009 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov –APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Almaniya «Deutsh Bank»ının nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ ilə «Deutsh Bank» arasında səmərəli əməkdaşlıq münasibətləri qurulduğunu qeyd edən R.Abdullayev bank tərəfindən neft şirkətinə 80 mln. ABŞ dolları məbləğində girovsuz kredit ayrıldığını qeyd edib. Şirkətin inkişaf strategiyası, həyata keçirdiyi proqramlar və gələcək planları haqqında məlumat verən R.Abdullayev bildirib ki, «Deutsh Bank»dan alınmış vəsait ARDNŞ-in investisiya proqramlarının maliyyələşdirilməsinə sərf olunacaq.

«Deutsh Bank»ın nümayəndəsi Ben Dobson isə təmsil etdiyi maliyyə qurumunun ARDNŞ-da həyata keçiriləcək layihələrə böyük maraq göstərdiyini vurğulayıb. B.Dobson bildirib ki, ARDNŞ ilə əməkdaşlıq imkanları genişdir və təmsil etdiyi bank gələcəkdə də bu əməkdaşlığı davam etdirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR