Bank Of Baku

Naxçıvan qış aylarında qazla fasiləsiz təmin olunacaq

Naxçıvan qış aylarında qazla fasiləsiz təmin olunacaq
# 12 noyabr 2009 08:17 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Cari ilin 10 ayında Naxçıvan MR üzrə idarə, müəssisə, təşkilat və əhali qrup abonentləri tərəfindən 104 145 793 kubmetr təbii qaz sərf olunub.
Bu barədə APA-nın Naxçıvan bürosuna “Naxçıvanqaz” MMC-nin direktoru Səxavət Abbasov məlumat verib.

Onun sözlərinə görə, toplanan vəsait 7 019 477 manat təşkil edib ki, bu da 100 faizlik göstəricidir. Artıq “Naxçıvanqaz” MMC qış hazırlıqlarını başa çatdırıb, qış aylarında Naxçıvan MR əhalisi fasiləsiz və təhlükəsiz təbii qazla təmin ediləcək.

Qeyd edək ki, bölgədə 77 026 abonent və 975 idarə, müəssisə, təşkilat və özəl qurum təbii qazdan istifadə edir. 631 abonent və 144 müəssisə isə cari il təbii qazla təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR