Bank Of Baku

Bayıl qəsəbəsində təbii qazın verilməsində məhdudiyyət yaranıb

Bayıl qəsəbəsində təbii qazın verilməsində məhdudiyyət yaranıb
# 13 noyabr 2009 06:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün səhər saat 09:00-dan Bakı şəhəri Səbail rayonunun Bayıl qəsəbəsinin bir hissəsinə təbii qazın verilməsində məhdudiyyət qoyulub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Məlumatda bildirilib ki, məhdudiyyətin tətbiqi Səbail rayonu ərazisində Xanlar və Nəsirov küçələrindən 11-ci Bayıl döngəsinə qədər yeni çəkilmiş yeraltı orta təzyiqli 325 mm-lik qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq «8-ci Mədən» Qaz Paylayıcı Stansiyasından Bayıl qəsəbəsinə gedən «Gülüstan» orta təzyiqli qaz kəmərində qazın nəqli dayandırılıb. Fasilələr Bayıl qəsəbəsindəki Xanlar, Aydın Məmmədov, Nəsirov, Əlibəyov qardaşları, Əli Nəzmi, Lütvin Babayev və digər ətraf küçələri əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR