Bank Of Baku

«Azərenerji» ASC-nin üç yeni törəmə qurumu dövlət qeydiyyatına alınıb

«Azərenerji» ASC-nin üç yeni törəmə qurumu dövlət qeydiyyatına alınıb
# 13 noyabr 2009 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin tərkibində yaradılmış üç yeni şirkət dövlət qeydiyyatına alınıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Bunlardan biri keçmiş «Sumqayıtelektrikşəbəkə» ASC-nin ləğvi nəticəsində yaradılmış «Sumqayıt Regional Enerji Təchizatı» MMC-dir. Hüquqi ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev küçəsi,8 olan şirkətin nizamnamə kapitalı 3,010 mln. manat təşkil edir, qanuni təmsilçisi isə Şaiq Qəribovdur.

Qeydiyyata alınmış digər şirkətlər isə «Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkəsi (YGEŞ)» MMC və «Xaçmaz Regional Enerji Təchizatı (RET)» MMC-lərdir.

Xaçmaz şəhəri H.Əliyev küçəsi,10 ünvanında yerləşən «Xaçmaz YGEŞ»in nizamnamə kapitalı 1,5 mln. manat, qanuni təmsilçisi Əliyəddin Əliyev, H.Əliyev küçəsi,11 ünvanında yerləşən «Xaçmaz RET»in nizamnamə kapitalı 1,010 mln. manat, qanuni təmsilçisi Rasim Mürsəlovdur.

Hər üç şirkət dövlət qeydiyyatına oktyabrın sonunda alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR