Bank Of Baku

Cari ildə Azərbaycan elektrik enerjisi ixracını 38,2%, təbii qaz ixracını isə 2,3 dəfə artırıb

Cari ildə Azərbaycan elektrik enerjisi ixracını 38,2%, təbii qaz ixracını isə 2,3 dəfə artırıb
# 23 noyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 644,9 mln. kVt/saat həcmində elektrik enerjisi və 578 582 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac olunmuş elektrik enerjisinin dəyəri 25 480,2 min ABŞ dolları, təbii qazın dəyəri isə 107 458,3 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan elektrik enerjisi ixracını 38,2%, təbii qaz ixracını isə 2,3 dəfə artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR